Şekspirin vəfatının 400 illiyi qeyd olundu

Şekspirin vəfatının 400 illiyi qeyd olundu
3 iyun 2016
# 17:09

Bakı Slavyan Universitetində dahi ingilis şairi və dramaturqu Ulyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirilib.

BSU-nun Mətbuat xidmətindən Kulis.Aza verilən xəbərə görə, tədbirin açılışında BSU-nun rektoru, professor Asif Hacıyev Ulyam Şekspirin dünya ədəbiyyatında tutduğu mövqedən danışıb.

Şekspirin əsərlərinin 400 ildir ki dünya teatr səhnələrindən düşmədiyini bildirən professor Asif Hacıyev dahi dramaturqun məşhur əsərlərinin tələbələr tərəfindən səhnələşdirilməsini yüksək qiymətləndirib.

Bədii gecənin təşkilatçılarından olan BSU-nun İngilis filologiyası kafedrasının dosenti Elxan Mirzəyev və “Yuğ” teatrının baş rejissoru Gümrah Ömər öz təəssüratlarını iştirakçılarla bölüşüblər. “Yuğ” teatrı ilə BSU-nun uzun müddət davam edən əməkdaşlığından danışan Gümrah Ömər tələbələrin teatra olan marağını yüksək qiymətləndirib. Bildirilib ki, ali təhsil ocağında milli-mədəni dəyərlərin qorunub saxlanılması elmə verilən vacib töhvədir. Teatr səhnəsində daim yaradıcı gənclərə ehtiyac olduğunu deyən Gümrah Ömər bu istiqamətdə BSU gənclərinə hər zaman dəstək olacağanı vurğulayıb.

Sonra Şekspirin “Kral Lir”, “Romeo və Cülyetta”, “Hamlet”, “Otello” əsərlərindən parçalar BSU tələbələri tərəfindən ingilis dilində səhnələşdirilib. Quruluşçu rejissoru Gümrah Ömər olan səhnələri tələbələr böyük həvəslə təqdim ediblər.

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər