Sədi Sani Qarabaği haqda kitab çap olundu

Sədi Sani Qarabaği haqda kitab çap olundu
26 dekabr 2014
# 13:47

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevanın birgə tərtibatı ilə "Sədi Sani Qarabaği əsərləri" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Kulis.az-ın məlumatına görə, əlyazma mənbələri əsasında qələmə alınan, yeni faktlarla zəngin olan nəşrdə şairin həyat və yaradıcılığı, yetişdiyi və yaşadığı ədəbi mühit, eyni zamanda əsərlərinin tərcüməsi yer alıb.


Sədi Sani Qarabağinin indiyədək çap olunmamış bir sıra şeirləri kitabda oxuculara təqdim edilib.

Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, ön sözün müəllifləri isə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevadır.

Qeyd edək ki, Sədi Sani Qarabaği XIX əsrdə Qarabağın Cinli kəndində doğulub. Onun təvəllüd və ölüm tarixi dəqiq məlum deyil. Amasiyada xəlvətilik təriqətinin aparıcı simalarından olan Hacı Mir Həmzə Nigarinin müridi olub. Şairin Amasiyada öldüyü bildirilir.

# 2700 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər