Məşhur azərbaycanlı bəstəkar vəfat etdi

Məşhur azərbaycanlı bəstəkar vəfat etdi
24 yanvar 2014
# 10:40

Məşhur Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib. Bu barədə AzərTAC-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G. Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B. Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. “Şərəf nişanı” ordeni ilə təltif edilib.


E. Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.

E. Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu.

E. Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1990-cı ildən İsraildə yaşayan E. Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edirlər.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Allah rəhmət eləsin!

AzərTAC

# 4537 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər