Seymur Baycandan yeni kitab "Ana ürəyi"

Seymur Baycandan yeni kitab "Ana ürəyi"
12 noyabr 2013
# 11:17

“Ana ürəyi”. Yazıçı Seymur Baycanın noyabrın 11-də təqdim etdiyi yeni kitab belə adlanır. Yazıçı “Bakitab” mağazasında keçirilən təqdimatda bildirdi ki, kitab öz adını Azərbaycan folklorundakı ana və gəlin münasibətlərindən bəhs edən “Ana ürəyi” segahından götürüb.


Kitabda yer alan “Ana ürəyi” romanında xeyli sayda romantik sevgi səhnələri olsa da, bütövlükdə əsər postmodernist üslubda yazılıb, bir gəncin nakam sevgisindən bəhs edir.

Kitabda həmçinin ilk dəfə çap olunan “Naməlum qapıçı” hekayəsi də yer alıb ki, müəllifin təbirincə “sevdikləri ilə ailə qura bilməyənlərə ithaf olunur”.

Bundan əlavə kitaba əvvəllər mətbu nəşrlərdə yayımlanmış “Dörd romantik hekayə” də daxil edilib.

Müəllif bildirdi ki, kitabın təxminən səksən faizi dünya ədəbiyyatından seçilmiş yaddaqalan səhnələrdən ibarətdir ki, onları mətndə tapıb aşkarlamaq çətindir.

Kitabda yer almış illüstrasiyaların müəllifi rəssam Gündüz Ağayevdir.

Bundan əvvəl Seymur Baycanın Qarabağ münaqişəsindən bəhs edən “Quqark” romanı nəşr edilmişdi. /Oxuzalı.az

# 3664 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər