Qan Turalı Həmid Herisçiyə cavab yazdı

 Qan Turalı Həmid Herisçiyə cavab yazdı
10 iyul 2013
# 13:46

Kulis.az saytının baş redaktoru, yazıçı Qan Turalı həmkarı Həmid Herisçinin verdiyi müsahibədə onun rəhbərlik etdiyi saytın ünvanına ittiham səsləndirməsinə cavab olaraq, musavat.com-a yazı göndərib.

***

"Konspirologiyanın hər cür elmilikdən, rasionallıqdan kənar təmayül olması mənim kəşfim deyil. Bu barədə bütün ensiklopediyalarda yazılıb. Həmid Herisçi uzun müddətdir konspirologiyaya meyl edir. Konspiroloji təfəkkürün mühüm bir prinsipi də insanın özü haqda miflərə inanmasıdır. O, “Yeni Müsavat” qəzetində çap edilmiş müsahibəsində Qamət Süleymanovu və Kulis.Az-ı nəzərdə tutaraq, fəaliyyətlərini sifarişlə gerçəkləşdirən iki əks qütbün “Gizli Azərbaycan” verilişinə qarşı birləşdiyini iddia edir. Üstəlik də Kulis.az-ı ateizm təbliğatında ittiham edir.

Kulis.Az mədəniyyət portalıdı, nə dinin, nə də ateizmin təbliğatı ilə məşğul olur, dinə münasibəti də loyaldır. Qamət Süleymanov, eləcə də Hacı Şahin Kulis.az-a müsahibələr verir, fikirlərini bölüşürlər. Lakin Həmidin özü haqqında mifi o qədər böyükdür ki, sələfi Qamət Süleymanovla ateizm təbliğatçısı saydığı Kulis.az-ın ona qarşı birləşdiklərini deyir. Nə boyda qüvvəymiş bu “Gizli Azərbaycan” ki, ona qarşı bütün cəbhələr ittifaq bağlayıb müharibəyə başlayıblar.

Mən hazırda üzərində işlədiyim romanda da Orta Əsr mövzusuna yer ayırmışam. Sufi mistikası romanın əsas ideya xətlərindən biridir. Həmid məyus olsa da mən müqəddəsliyə də inanıram, mistikanı da ədəbiyyat hadisəsi hesab edirəm. “Gizli Azərbaycan” verilişinin də əleyhinə deyiləm, sadəcə mövzuya yəni pirlərə bu cür yanaşmanı düzgün saymıram. Həmid bu verilişdə nəinki sünni və şiə olmasından asılı olmayaraq klassik islamın pirə münasibətinə ziddi fikirlər söyləyir, hətta pirlər haqqında xalq arasında olan inancları da öz ədəbi təfəkkürü ilə təhrif edir. Onun pirlər haqqında özünün quraşdırdığı əhvalatlara mən xalis ədəbiyyat nümunəsi kimi baxıram, nəinki pirlər haqqında araşdırma kimi. Həmid Herisçi isə araşdırma aparmaq, məsələni mənəvi və tarixi planda şərh etmək əvəzinə mövzuya öz bədii fantaziyası ilə yanaşır. Biz bu zaman tarix əvəzinə Həmidin ssenarisini yazdığı bədii filmə baxırıq. Bu isə araşdırma deyil, öz subyektiv mülahizələrinin həqiqət adına xalqa satılmasıdır".

# 3168 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər