Moda deyilən şey o qədər çirkindir ki...

Moda deyilən şey o qədər çirkindir ki...
30 aprel 2013
# 07:30

1. Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. (Murakami)



2. Hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən. (Murakami)

3. Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir. (Murakami)



4. Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Axundov)

5. Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, oxumaq üçün niyə əziyyət çəkək ki? (Kafka)



6. İnsanların inandıqları şeyləri yazmaq cəsarətləri olsaydı, heç kim bir söz belə yazmazdı. (Henri Miller)

7. Moda deyilən şey o qədər çirkindir ki, onu hər 6 ayda bir dəyişdirirlər. (O.Uayld)



8. Dahilik, satışa çıxarılan məhsulun üstünə qoyulan markadır. (Cek London)

9. Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməsin. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməsin. (Markes)

10. Olmursa məcbur etmə, ya xəyalların qırılar, ya da ürəyin. Özünü unutmuş kimi göstər. Çünki gözəl şeylər; onları heç gözləməyəndə reallaşır. (Markes)



11. Azadlıq ironiyadan başlayır. (Hüqo)

12. Məktəb açan şəxs həbsxanaları bağlayır. (Hüqo)

13. Od qarşısında korlanmayan qızıl, qızıl qarşısında korlanmayan qadın, qadın qarşısında korlanmayan kişi – keyfiyyətlidir. (M.Qorki)

14. Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var... (F.M. Dostoyevski)

15. Pulun öldürdüyü ruhlar qılıncın öldürdüyü bədənlərdən çoxdur. (Uolter Skot)

16. Sevdiyiniz insanlara vaxt ayırın. Yoxsa vaxt sizdən sevdiklərinizi ayıracaq. (Uilyam Qoldinq)

17. Heç nə bilməyən cahildir, bilib susan isə əxlaqsız. (Bertolt Brext)

18. Yalançılıq artıq peşə kimi təsdiqlənməlidir; çünki mahir ustaları həddən artıq çoxdur. (Balzak)

19. Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa... (F.M.Dostoyevski)

20. Kişi qadının qarşısında diz çökə bilər. Qadını isə ancaq mağazadakı alt rəflər diz çökdürə bilər. (Bob Dilan)

# 4266 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər