İkinci sinif şagirdinin hekayəsi – Mətn

İkinci sinif şagirdinin hekayəsi – Mətn
19 iyun 2019
# 17:35

Kulis.az Vüqar Əvəzov adına 300 nömrəli orta məktəbin ikinci sinif şagirdi Nuray Bağırlının “İkiyə bölünmüş mədənin nağılı” hekayəsini təqdim edir.

Biri var idi, biri yox idi, İnsanın bədənində bir mədə yaşayırdı. Onun işi asan deyildi. O, işləyir, yorulurdu, düzgün işləmirdi. Mədənin bir yarısı bədənə vitamin göndərsə də, o biri yarısı yeməyin içindəki bütün zərərli və pis şeyləri bağırsağa ötürürdü.

İnsan isə çoxlu şeylər yeyib bədənini sevindirmək istəyirdi.

Bir gün İnsan düz 158 dənə şokolad yedi. Bu mədəni çox narahat etdi və o, ikiyə bölünməyə məcbur oldu. Mədənin yarıya bölünmüş yuxarı hissəsi qəbul edilmiş şokoladın çoxluğundan bərk narahat oldu. O, bədəni çalışdırmaq üçün yorulmadan işləyirdi.

Amma, aşağıdakı mədə kefdə idi. Heç nə onu narahat etmirdi. O, öz işində idi. Şokoladın daxilindəki bütün pis şeylər bağırsağa yığılmışdı.

Yuxarı mədə dedi:

- Mən narahatam, bezmişəm, çıxıb getmək istəyirəm

Aşağı mədə: - Niyə?- deyə soruşdu.

- Çünki, İnsan çoxlu şokolad yedi və məni incitdi.

İnsan yatanda onlar birlikdə çıxıb getməyə qərar verdilər.

Gecə düşdü, İnsan yatdı. Mədələr birləşib gizlincə onun qarnından çıxdılar.

İnsanı yuxudan oyananda özünü narahat hiss etdi.

Axı onun mədəsi artıq yox idi!?

İnsan oturub ağlamağa başladı. Bu zaman mədə çıxdı və İnsana dedi:

- Sən bir də pis yeməklər yeyəcəksən?

İnsan: - Yox, heç vaxt – söylədi.

- Onda mən yenə sənin qarnına qayıda bilərəm.

O, vaxtdan etibarən İnsan ancaq xeyirli şeylər yeməyə, mədə də işləməyə başladı.

Beləcə, bütün işlər düzəldi.

# 3854 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər