Novruz Novruzlunun solo konserti olacaq

Novruz Novruzlunun solo konserti olacaq
21 fevral 2018
# 16:49

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Novruz Novruzlunun “Hicaz” qrupu ilə birlikdə konserti keçiriləcək.

Novruz Novruzlunun APA-ya verdiyi məlumata görə, martın 18-də keçiriləcək “Uzun, incə bir yoldayam” adlı konsert proqramında müxtəlif illərdə oxunan mahnılarla yanaşı, yeni ifalar da təqdim olunacaq: “Konsertdə təkcə Azərbaycan bəstəkarlarının mahnıları yox, eyni zamanda rus, italyan, hind musiqiləri, təsəvvüf musiqiləri də səslənəcək”.

Konsert saat 19:00-da keçiriləcək. Biletləri mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmətin kassalarından və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini bitirib.

O, hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

# 2805 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər