Aydın Talıbzadənin kitabı təqdim olunub

Aydın Talıbzadənin kitabı təqdim olunub
3 oktyabr 2017
# 10:04

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib.

ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdimat mərasimində Universitetin rektoru professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb.

Universitetin professor-müəllim heyətindən Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov, “Kritika” nəşriyyat evinin nümayəndəsi Sayalı Həsənzadə, Aydın Talıbzadənin tələbələri və digər qonaqlar musiqişünas Zümrüd Dadaşzadə, müəllif və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşüblər.

Aydın Talıbzadə də öz çıxışında qonaqlara təşəkkürünü bildirib. Müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” adlı kitabda dünya mədəniyyətində mövcud müəyyən problemləri işıqlandırdığını və kitabın oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.

# 2304 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər