Tahir Salahovun əsəri London hərracında

Tahir Salahovun əsəri London hərracında
11 noyabr 2015
# 12:37

Dekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb.

Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.

“Sotheby's” hərrac evinin rəsmi məlumatında bildirilir ki, “Aydan” sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur: “Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibəti ilə çəkib. “Aydan” əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb”.

# 2111 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər