Acun azərbaycanlı modeli məhkəməyə verir

Acun azərbaycanlı modeli məhkəməyə verir
1 aprel 2015
# 10:40

Türkiyənin məşhur “TV8” kanalında yayımlanan ən reytinqli moda proqramlardan olan “İşte Benim Stilim” azərbaycanlı iştirakçı Merlin Təranəni məhkəməyə vermək istəyir. Kulisin məlumatına görə bu barədə verilişin İnstagramda yer alan səhifələrində xəbər yayılıb.

Verilişin yaxın zamanlarda başlayacaq 3-cü sezonunda 13 qızdan biri seçilən Merlin Təranə verilişə qatılmaqdan imtina edib. Buna görə də məşhur prodüsser Acunun rəhbəri olduğu “TV8” kanalı modeli məhkəməyə vermək qərarına gəlib.

Məsələ ilə bağlı Kulisə danışan Merlin Təranə “İşte Benim Stilim”” verilişinə həm maliyyə, həm də səhhəti ilə bağlı problemlərə görə qatıla bilmədiyini deyib: “Verilişin çəkilişləri gözlədiyimdən də artıq tez başladı və işlərimi yoluna qoya bilmədim. Əgər ciddi bir səbəb gətirməsəm məni məhkəməyə verə bilərlər. Çünki yarışmaya seçilən 13 qızdan biriyəm. Qatılmaqdan imtina etdiyim üçün onlar pis vəziyyətdə qalırlar. Buna görə, xəstəlik kağızımı aparmışam. Onlara təqdim edib bildirmişəm ki, həkimlər verilişdə iştirak etməyimi qadağan edib”.

Model daha sonra səhhətinin normallaşdığını bildirib.

Qeyd edək ki, Merlin Təranə Azad Azərbaycan televiziyasında yayımlanan “Özünə bax” moda verilişinin qalibi olub.

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər