AYB-nin qurultayının vaxtı növbəti dəfə məlum oldu

AYB-nin qurultayının vaxtı növbəti dəfə məlum oldu
9 yanvar 2014
# 16:45

"Növbəti qurultayımız 2014-cü il martın ikinci yarısında keçiriləcək". SalamNews xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

O bildirib ki, əvvəlki qurultaylardan fərqli olaraq, bu qurultayı 1500 adamla keçirmək mümkün olmadığı üçün nümayəndələr seçmək prinsipi ilə keçirmək istəyiriksə, əvvəla, üzvlərimizin dəqiq sayını bilməliyik. Rəhmətə gedəni, birlikdən çıxanı, ya çıxarılanı, tamam ölkədən köçəni var. Dəfələrlə «Ədəbiyyat qəzeti»ndə elan verməyimizə baxmayaraq, hələ çox adam nəinki bir dəfə də olsun üzvlük haqqını ödəməyib, hətta, qeydiyyatdan keçməyə belə təşrif buyurmayıb. Ümumiyyətlə, üzvlərin əhəmiyyətli qismi Birliyə yalnız burdan bir şey almaq istəyəndə gəlir. Özlərinin vicdan işidir.”

Onun sözlərinə görə, AYB binasının təmiri qurultayın vaxtını xeyli ləngidib. Bundan başqa, beş il əvvəl birliyin 75 illiyi çoxlu qonaqların iştirakı ilə keçirilib, arada klassiklərin və çağdaşların yubileyləri qeyd olunub.

Xalq yazıçısı AYB-nin Ali Məclisi ilə bağlı mülahizələrini belə yekunlaşdırıb: ”Qurultay günlərində xarici qonaqların iştirakı ilə təşkilatımızın 80 illiyini də qeyd etmək istəyirik.”

# 3161 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər