Bakıda Əziz Nesinin kitabı nəşr olundu

Bakıda Əziz Nesinin kitabı nəşr olundu
4 mart 2013
# 13:19

Hədəf Nəşrlərinin "XAN” ("Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Türkiyə yazıçısı Əziz Nesinin "Damda dəli var” hekayələr toplusu nəşr olunub.

Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, kitabın tərcüməçisi Sevinc Xanqızı, redaktoru Oktay Hacımusalı, naşiri Müşfiq XANdır.

Kitaba daxil olan hekayələr satirik ruhda verilib və oxuculara nəsihət xarakteri də hiss olunur.

Hekayələrdə damdan düşmək istəməyən dəlinin məqsədli işlətdiyi siyasət, siyasətçilərin kəndlilərin səsini qazanmaq üçün cəhdləri, bir-birini məhv etməyə çalışan iki bəyin sürücüləri tərəfindən aldadılması, iş üçün gələn insanların üzərində "zarafat məmulatları”nın yoxlanılması, eləcə də, siyasi həyatda olan münasibətlər təsvir olunub.

Türkiyənin lətifə ədəbiyyatının zirvəsi hesab olunan Əziz Nesinin "Bir məzhəkəçinin xatirələri” adı altında verilən 4 hekayəsində o dövrlərdə teatr həyatında sənətçilərin qarşılaşdığı problemlər, maneələr və çətinliklər öz əksini tapıb.

Kitab müxtəlif yaşlı oxucu qrupu üçün maraqlı ola bilər.

# 3495 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər