Pekində Tahir Salahovun sərgisi açılıb

Pekində Tahir Salahovun sərgisi açılıb
23 sentyabr 2017
# 18:58

Pekində görkəmli fırça ustası, SSRİ Xalq Rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.

Hər il keçirilən Pekin İncəsənət Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış rəssam, heykəltəraş, dizayner və digər incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə və seminarlar təşkil olunur. Pekindəki “798” incəsənət zonasında təşkil olunan festival təkcə paytaxt deyil, bütövlükdə ölkənin mədəni həyatında əlamətdar hadisə hesab olunur. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər.

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir. İki ölkə arasında mədəni sahədə əməkdaşlığa öz töhfəsini verən sərgi bir ay müddətində davam edəcək. Analoji sərginin Tayvanda da təşkil olunması nəzərdə tutulur. /azertag.az/

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər