Bakıda iranlı rəssamın sərgisi olacaq

Bakıda iranlı rəssamın sərgisi olacaq
15 iyul 2016
# 10:48

İyulun 15-də ARTIM Layihə Məkanında iranlı rəssam Neda Zarfsazın “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılacaq.

Kulis.Azın buro247.az-a istinadən verdiyi xəbərinə görə, “Yamacın görüntüsü” İran rəssamı Neda Zarfsazın üç aylıq rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarında yaratdığı əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən altı əsər ətrafımızda baş verən dəyişikliklərə olan rəssamın münasibətidir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir.

Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, o İsveçin Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülmüşdür. Onun “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət yarmarkası üçün seçilmişdir. O, xeyli sayda fərdi və qrup sərgilərinin iştirakçısıdır: “Vücud, məkan, qavrayış”, Azad İncəsənət Qalereyası, Tehran, İran (2016), “İrandan yaxşı xəbərlər” Endjavi Barbe Art Projects, Münhen, Almaniya (2014) və s.

YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz əsərlərini YARAT Emalatxanalarında hazırlamağa və ARTIM Layihə Məkanında sərgilənməyə imkan yaradır.

Sərgi avqustun 21-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir.

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər