YUĞ-da ingilis teatrı ilə birgə tamaşa

YUĞ-da ingilis teatrı ilə birgə tamaşa
19 may 2016
# 11:25

Yuğ Dövlət Teatrında İngiltərənin Aloff Teatrı ilə birgə yeni tamaşa hazırlanıb.

Kulis.azın xəbərinə görə, ünlü norveç yazarı, intellektual dramın parlaq nümayəndələrindən biri Henrik İbsenin pyesi əsasında hazırlanan “Oyuncaq evi” tamaşasının prodüseri Sənan Əliyev, quruluşçu rejissoru Metyu Zak Paneş, rəssamı Olqa Yaroşdur.

Dünyanın ən böyük incəsənət festivalı sayılan Edinburq Festivalının İdarə heyətinin üzvü olan Metyu Zak Paneş rejissor, aktyor, yazıçı, şair və prodüser kimi fəaliyyət göstərir. Metyu həmçinin PBH Free Fringe festivalının bədii rəhbəridir.

O, müəllif-ifaçı kimi dünyanın müxtəlif ölkələrində çıxış edib, mükafatlar qazanıb. Ən məşhur işləri, “Jason”, “300 birə qarşı”, “Sevgi həqiqətən incidir”, “Cinayət sirri” və başqalarıdır.

Onun mono pyesləri 2014-cu ildə çapdan çıxmışdır.

Metyu Londonda fəaliyyət göstərən avanqard Sekond Skin Teatrında çalışıb.

2017-ci ildə Britaniya turuna hazırlaşan “Pit və Dud geri dönür” tragikomediyası üzərində işləyir.

İbsenin məşhur əsəri Azərbaycana adaptasiya olunub. Adaptasiyanın və yeni səhnə redaksiyasının müəllifi Nik Audedir. Nik Aude pyesdə baş verən hadisələri XIX əsrin Norveçindən, Xəzərin qoynundakı Bakıya, yeni qurulmuş Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtına köçürüb. Tamaşada baş verən hadisələr dünyanın ilk neft bumu mərkəzlərindən biri olmuş şəhər üçün əlamətdar dəyişikliklər ili olan 1927-ci ildə Bakıda cərəyan edir.

Pyesi Azərbaycan dilinə Aloff Teatrının direktoru Sənan Əliyev çevirib.

“Oyuncaq evi” tamaşasında Yuğ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.

Turxan Hüseynov yenicə, yerli Kommunist Partiyası tərəfindən Azərbaycana Komissar təyin olunub. Bu vəzifə onun fədakar həyat yoldaşı Nuranəyə yeni ümidlər verir. Nəhayət ki, onların bütün problemləri geridə qalacaq. Lakin çox keçmir, onların bu xoşbəxtliyi çağırılmamış bir qonağın gəlişi ilə alt-üst olur.

Nuranənin ərini qorumaq üçün danışdığı yalanlar onların gələcəklərini və xoşbəxt evliliklərini sual altında qoyur.

İndi onları yalnız möcüzə xilas edə bilər.

Tamaşanın premyerası 20 may saat 20.00-da və 21 may saat 17.00-da YARAT Müasir İncəsənət Mərkəzində (Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi. Dövlət Bayrağı Meydanın yaxınlığı) keçiriləcək.

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər