Gənc yazarın disk təqdimatı keçirildi

Gənc yazarın disk təqdimatı keçirildi
1 iyun 2015
# 13:45

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər silsiləsindən ixtisasca ingilis dili müəllimi, Bakı Slavyan Unversitetinin Yaradıcılıq fakültəsinin dinləyicisi, bədii qiraətçi, gənc yazar, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü Ülkər Dənizin (Piriyeva) vətənpərvərlik mövzusunda və müxtəlif mövzularda səsləndirdiyi şeirlər toplusundan ibarət “Zamana Baxış” adlı albom diskin təqdimatı keçirilib.

Tanınmış şair-publisist Əkbər Qoşalının aparıcılıq etdiyi tədbir Ülkər Dənizin səsləndirdiyi Ramiz Qusarçaylının Azərbaycan Bayrağı şeiri ilə başlayıb. Diskdə “Xocalı-Oyan qeyrətim oyan” , “Müəllim”, “Qocaldı Anam”, “İnsan Sevgisi”, “Döndü”, “Ata”, “Allahım”, “ Fİkir Qayıqları” və başqa şeirlər yer alıb.

Respublikanın əməkdar artisti, bədii qiraət Ağalar Bayramov çıxış edərək bildirib ki, bu sahədə istedadsız adamlara yer yoxdur: “Onlar barmaqla sayılacaq qədərdir. Rəhmətlik Kazım Ziya, Murtuz Gəncavi, Həsən Əbluc, Mikayıl Mirzə, hazırda yaşayanlardan Əminə Yusifqızı, Nadir Hüseynov, Bəndər Savalan. İndi yeni nəsl yetişir. İnanıram ki, istedadlı bir gənc olaraq özünü təsdiq edəcəksən”.

Tədbirdə Aşıq Şəmkir məclisinin rəhbəri Həbib Misirov, Qarabağ hadisələrinin dünyaya tanıtdırılması üzrə ABŞ fondunun icraçı direktoru Dayana Altman, ehtiyatda olan polkovnik-leytenant Habil Şirinov, BDU-nun müəllimi, Milli Elmlər Akademiyasının dissertantı, şairə-publisist Əlili İradə, Azərbaycanın Milli Qəhrəmanı adından rəsmi şəkildə imtina edən Arif Məhərrəmov, eləcə də başqa tanınmış yazarlar çıxış edərək Ülkər Dənizi istedadlı qiraət ustası və gənc yazar olaraq ilk diski münasibəti ilə təbrik etdilər.

Daha sonra, Ülkər Dənizin Xocalı faciəsi ilə əlaqədar yazdığı və Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilən, Universitetlər arası festivalda birinci yerə layiq görüldüyü şeiri səsləndirilib.

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər