Yazıçı Sara Nəzirova vəfat edib

Yazıçı Sara Nəzirova vəfat edib
23 iyun 2014
# 11:44

Dünən axşam “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri yazıçı-publisist Sara Nəzirova vəfat edib. Bu barədə məlumatı Kulis.Az-a onun yaxınları bildirib.

Yazıçı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Sara Nəzirova 1944-cü ilin 29 dekabrında Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu qurtarıb. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbinin diplomunu alıb.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyib, Azərbaycan Yazıçılar Birliyində, «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışıb.

1983-cü ildə «Terrakota», 1986-cı ildə «Qədir ağacı», 1992-ci ildə «Tale damğası», 1990-cı ildə «Nağıl nabatı», 1996-cı ildə «Beton evdən yazılar», 2007-ci ildə «Əşrəf Muradoğlu» və başqa kitabları çap olunub.

«Azərbaycanfilm» kinostudiyasında «Batmış şəhərin incəsənəti», «Nar nağılı», «Qəsd», «İçərişəhərin hamamları», «Dost dosta tən gərək», «Üfüqü ötənlər» filmləri onun ssenariləri əsasında çəkilib.

Sara Nəzirovanın «Nağılını göstər», «Mərd körpüsü», «Qayıt», «Sözün sehri» pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub.

Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.

9 may 2012-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

# 6209 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər