Bakıda rəsm müsabiqəsi keçirilir

Bakıda rəsm müsabiqəsi keçirilir
18 avqust 2017
# 10:38

Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi davam edir.

Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimovun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin əvvəllər mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.

“Əsərlər yalnız kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Müsabiqədə rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır. İştirakçılar sənət əsərlərini Almaniyanın Bakıdakı səfirliyinə (Nizami küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər”, - deyə R.Kərimov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Qala Həyat” Sığorta Şirkəti və “Berlin-Bakı” Rəsm Qalereyası da müsabiqəyə dəstək verən təşkilatçılar sırasındadır.

AZƏRTAC

# 2226 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər