Ələkbər Salahzadə vəfat edib

Ələkbər Salahzadə vəfat edib
1 sentyabr 2013
# 18:32

“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra vəfat edib.


APA-ın xəbərinə görə, Ələkbər Baba oğlu Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, həm də mətbuatda çıxış edib.

"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ə. Salahzadə "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışıb.

Sonuncu iş yeri "Qobustan" jurnalı idi.

60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı" pyesləri tamaşaya qoyulub.

# 4268 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər