Moskvada Azərbaycan sərgisi

Moskvada Azərbaycan sərgisi
24 aprel 2019
# 13:59

Moskvada Azərbaycan rəssamı Müseyib Əmirovun sərgisi açılıb.

Rəssamın “Günəşli küləyin blyuzu” adlı sərgisi Moskvadakı Zurab Sereteli İncəsənət Qalereyasında təşkil edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi sərginin ekspozisiyasına rəssamın 2015-ci ildən indiyədək çəkdiyi 100-ə yaxın əsəri daxildir. Rəsmlərin bir çoxu tamaşaçılara ilk dəfə təqdim olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək ekspozisiyanın təşkil olunmasına görə Heydər Əliyev Fonduna, Zurab Sereteli İncəsənət Qalereyasına təşəkkürünü bildirib. Azərbaycan rəssamlarının əsərlərinin dünyanın ən məşhur muzeylərində sərgiləndiyini vurğulayan səfir M.Əmirovun özünəməxsus dəstxətindən, əsərlərinin parlaqlığı, rəng çalarlarının müxtəlifliyindən danışıb. O qeyd edib ki, bu rəsmlərin timsalında Azərbaycan incəsənətinin və mədəniyyətinin dünya miqyasında uğurla təmsil olunduğunu demək olar. Polad Bülbüloğlu həmçinin xatırladıb ki, bu ilin may ayında Bakıda, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin əsərlərinin sərgisi keçiriləcək. O, məşhur rəssamın əsərlərinin Bakıda sərgilənməsini Azərbaycanın mədəni həyatında mühüm hadisə adlandırıb.

Sərginin kuratoru Mariya Filatova Azərbaycan rəssamı ilə artıq çoxdan tanış olmasından, M.Əmirovun özünəməxsus yaradıcılıq üslubundan danışıb. M.Filatova qeyd edib ki, M.Əmirovun rəsmləri avropasayağı dəqiqlik, azərbaycansayağı emosionallığı ilə fərqlənir.

# 3965 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər