"Xoşbəxt"in təqdimatı olub

"Xoşbəxt"in təqdimatı olub
22 may 2014
# 13:12

Gənc yazar Gülnar Əhməd yeni kitabının imza gününü keçirilib.

Kulis.az saytı xəbər verir ki, təqdimat "Əli və Nino" kitab mağazasında baş tutub. "Xoşbəxt" adlanan kitabın təqdimatında yazarlar, qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri Taryel Faziloğlu romanın bədii məziyyətlərindən danışıb. O, bildirib ki, "Xoşbəxt" Gülnar Əhmədin ilk kitabıdır: “Kitab insanın müxtəlif hallarını və ruhi, psixoloji durumunu anlatmaqdadır. Yazar kitabında yalnızlığı, ruhi sarsıntıları, insanın mənən tənəzzülünü səmimi və üsyankar bir dillə ifadə edir”.

Yazar Oktay Hacımusalı qeyd edib ki, bu romanla artıq heç nəyi gizlətməyin mümkün olmadığını düşünən yazar bizlərə insanların görmədiyimiz – pərdə arxasındakı hallarını göstərib: “Romanda heç bir izah yoxdur, burda hər bir qəhrəman özü özünü izah edir və həqiqət özü ortaya çıxır. Kimin xoşbəxt olduğuna isə oxucu öz düşüncəsinə görə qərar verir”...

Sonda yazar Gülnar Əhməd iştirakçılara öz təşəkkürünü bildirib və kitabını imzalayıb.

# 2953 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər