“Pivə mənim sevgilimdir”

“Pivə mənim sevgilimdir”
24 sentyabr 2013
# 07:45

Yazıçıların əksəriyyətinin içki aludəliyi olub. Bunlardan yəqin ki ən məşhuru amerikan şair, yazıçı Çarlz Bukovskidir. 13 yaşından içməyə başlayan yazıçı uğursuzların, sərxoşların həyatını özünə yaxın hiss etdiyi üçün əsərlərində əsasən onlara yer verib. Kulis.az Bukovskinin içki haqda yazdıqlarını təqdim edir.

- İçmək çox həssas şeydir. Sizi gündəlik rejiminizdən çıxarır. Sizi bədəninizdən və zehninizdən uzaqlaşdırıb divara vurur. İçkinin intiharın bir növü hesab edirəm, yeganə fərq odur ki, sabahı gün yenidən geri qayıdıb başlamaq fürsətiniz var. Özünüzü öldürüb yenidən doğulmaq kimi. Deyəsən mən indiyə qədər 10, ya da 15 min həyat yaşamışam.

- Pivəni atmayın. Pivə axan qandır. Pivə ədəbi sevgilidir.

- Deyəsən içməyə ehtiyacım var – Əslində, hamı içir, amma səbəbini bilmir.

- İçki aldığım dükanları tez-tez dəyişdirirəm. Çünki gecə və gündüz çox içki alanda satıcılar sizi yadda saxlayır. Bir müddət sonra onların mənim nə vaxt öləcəyimlə maraqlandıqlarını düşünməyə başlayıram. Bəlkə də belə bir şey fikirləşmirlər. Amma bir adam ilin 300 gününü “paxmel” olursa, paranoyaklaşa bilər.

- Özümə içki süzəndə içki aludəliyi haqda düşündüm. Pis hadisə baş veribsə, unutmaq üçün içirik; yaxşı hadisə baş veribsə, qeyd etmək üçün; yox, əgər heç nə baş verməyibsə, nəyinsə baş verməsi üçün içirik.

- Sərxoş olmaq gözəldir. Sərxoş olmağı həmişə sevirəm. Sərxoş olmaq sizi dəqiq olan hər şeydən uzaqlaşdırır və sonra artıq özünüzə qarşı dəqiq ola bilmirsiniz.

- Necə yəni? Alkoqol müalicəsindən sonra da içməyə təşəbbüs göstərdiyinizi deyirsiniz? İçməyə ən çox ehtiyacınız olan vaxt elə o vaxtdır.

- İndi yeni siqaretlər yandırıb daha çox içki süzürəm. Gözəl mübarizə idi, hələ də elədir.

# 4351 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər