Yayım.org saytı açıldı

Yayım.org saytı açıldı
22 may 2014
# 17:59

“Yayım” Assosiasiyası “Müasir Azərbaycan ədəbiyyatında gənc yazarların təbliğinə yardım” layihəsi çərçivəsində nəşr olunan “Yeni nəşrlər” jurnal- kataloqunun və "Gənc yazarların əsərlərin haqqında" elektron bazanın təqdimat mərasimi təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın prezidenti Yaşar Zeynalov layihənin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildiyini və layihənin əsas məqsədinin gənc yazarlar və onların əsərlərini ictimaiyyətə təqdim etmək və bu informasiyanı özündə cəmləyən yazılı və elektron kataloq formalaşdırmaq olduğunu bildirdi.

Bu məqsədlə layihə müddətində “Yeni nəşrlər” kataloq jurnalının xüsusi buraxılışı hazırlandığını bildirən Assosiasiya rəhbəri nəfis tərtibatda nəşr olunan kataloqa 150 adda gənc yazarların əsərlərinin daxil edildiyini bildirdi.

Hər bir nəşr haqqında annotasiya, foto informasiya və digər vacib məlumatlar daxil edilib.

Bundan başqa təşkilatın internet səhifəsi - www.yayim.org yaradılıb. Saytda “Gənc yazarların əsərləri" və "Gənc yazarlar" bölmələri yaradılımışdır. Elektron resurs mərkəzinə 150 kitab haqqında informasiya daxil edilib.

Eyni zamanda "Gənc yazarlar" bölməsinə isə 10 gənc yazarın həyat və yaradıcılığı haqqında məlumat yerləşdirilib və bu bölmənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.

AYB “Uşaq ədəbiyyatı” sektorunun rəhbəri Qəşəm Nəcəfzadə Assosiasiyanın fəaliyyətnini yaxından izlədiyini və respublikada kitaba marağın artırılmasında təşkilatın xüsusi rolunun olduğunu bildirdi.

Çıxış edən AYB Gənclər Şurasının sədr müavini Xəyal Rza layihənin gənc yazarların tanınmasında önəmindən danışaraq, gələcəkdə gənclərin oxucularla mütəmadi görüşlərin keçirilməsinin təşkil olunmasını vurğuladı.

Digər çıxış edən gənc yazarlar Hafiz Təmirov, Elşad Ərşadoğlu, Xanım Aydın, Sevinc Mürvət qızı gənc yazarların təbliğinə ehtiyac olduğunu, məktəblərdə və kitabxanalarda oxucularla görüşlərin təşkil olunma vacibliyindən danışdılar.

# 3419 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər