İş axtaranlar üçün...

İş axtaranlar üçün...
10 iyul 2013
# 07:30

Son araşdırmalar, şirkətlərin işçiləri CV əvəzinə, sosial şəbəkələrdəki hesablarına əsəsən işə götürdüklərini göstərib. Bu da o deməkdir ki, iş axtaranlar sosial şəbəkələrdəki hesablarını diqqətli işlətməlidirlər. Necə? Bu da cavabı...

“Secretcv.com”a üzv olan 235 firma arasında aparılan araşdırma aşağıdakı nəticələr ortaya çıxıb.

Firmaların 58 faizi işə götürəcəkləri insanları sosial şəbəkələrdə izləyərək işi, iş yoldaşları barədə rəylərə, şəxsi həyatı ilə bağlı məqamlara və dini-siyasi baxışlarına diqqət edirlər.

Araşdırma göstərib ki, şirkətlərin ən çox izlədiyi sosial şəbəkələr Facebook (45 faiz), Twitter (35 faiz) və Linkedindir (15 faiz).

Ən çox incələnən məqamlar isə bunlardır:

İşə namizədin sosial şəbəkədə istifadə etdiyi dil – 35 faiz

Bəyəndiyi səhifələr – 23 faiz

Profil şəkilinin həqiqi olması – 18 faiz

Ortaq dostlarının olub-olmamağı -12 faiz

Dostlarının sayı – 2 faiz

Şirkətlərdə müsbət fikir yaradanlar

Peşə ilə bağlı paylaşımlar – 36 faiz

Şəxsi həyatla bağlı limitli informasiya və şəkil paylaşımı – 28 faiz

Ümumi məlumatların “public”, yəni hər kəsə açıq olması

Xeyriyyə təşkilatlarına kömək məqsədli paylaşımlar

Namizədin şirkətin həmin sosial şəbəkədəki səhifəsini bəyənməsi.

Mənfi fikir yaradanlar isə bunlardır:

İşlədiyi şirkət və iş yoldaşları haqda mənfi rəy yazmaq – 29 faiz

İşlədiyi şirkətin ictimai çəkisinə zərər verən paylaşımlar – 23 faiz

İnancını və siyasi əqidəsini açıq bildirmək – 20 faiz

İş vaxtında tez-tez statuslar yazmaq və ya foto paylaşmaq.

# 3513 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər