Ayıb ola!

Ayıb ola!
3 aprel 2014
# 10:24

Ədəbiyyatda belə “Damğa vurmaq” ənənələrimiz olub. İllah da repressiya illərində damğaçı tənqidçilər, yazarlar, şairlər yetişib. Bir məqalə ilə bir şairin kitabını bağlayıblar.

Teatrda da belə dövr olub təbii ki. Tofiq Kazımova hücumlar olduğunu eşitmişəm. Yəqin teatr tarixçilərimiz daha yaxşı bilirlər. Yaxınlarda belə bir mövqe göstərənlər oldu. Kim olsa yaxşıdır? Aktyor Şeyx Əbdül və muğam ustası Alim Qasımov. "Qatil" tamaşasını yarıda tərk etdilər, mətbuat bunu qalmaqallaşdırdı, Şeyx Əbdül də açıqlamalarında tamaşanı abır-həyadan uzaq, mentalitetimizə zidd adlandırdı. Tamaşanı bəyənməmək, istədiyin vaxt tərk etmək olar. Amma onu, onun yaradıcılarını mentalitet silahıyla “vurmaq”...

“Qatil” tamaşasında həqiqətən də yataq səhnələri var.

Amma...

Lakin...

Qoyun lap əvvəldən yazım. Tamaşa haqqında mən də tənqidi məqalə yazmışam. Pyesin dramaturji problemlərinin yaratdığı çətinlikləri qeyd etməyə çalışmışam. Amma bilsəm belə olacaq, mütləq qeyd edərdim ki, tamaşanın konsepsiyasından danışırıqsa, o yataq səhnələri mütləqdir. Rejissor Mehriban Ələkbərzadə qadının faciəsinə, əsərin dramatizminə bu kontekstdən yanaşıb. Qadının gözləntilərinin, sevgi potensialının ifadəsi olan yataq səhnələri - hansı ki, Alim Qasımov və Şeyx Əbdül dözə bilməyib etiraz ediblər - mütləqdir. Çünki ikinci hissədə Kişi Qadını məhz bu səhnələrə görə təhqir edəcək, qadını məhz buradan “vuracaq”, onu “seks görməmişi” adlandıracaq. Və tamaşaçı çox təsirlənəcək, qadına, onun sevgisinə, faciəsinə yanacaq.

Həqiqətən bu tamaşadan təsirlənən, ağlayan tamaşaçılar gördüm. Teatr tamaşaçının hisslərinə təsir etmək üçündür, instinktlərinə yox! Bəlkə kimsə bura instinktlərinin diktəsi ilə, 18+ tamaşası görmək ümidi ilə gəlir, amma ola bilsin ki, o, bu arzusunun bədəlini göz yaşları ilə ödəsin.

Nə qədər qüsurlarını yazsaq da, ikinci “Qatil” birincidən daha dinamik, daha maraqlıdır.

Bu əsrdə insandan, sevgidən oxuyub-danışan incəsənət adamlarının mentalitetlə silahlanıb tamaşanı “vurmağı”nı hara yazaq?

Mentalitetə qalsa, ümumiyyətlə, teatrları bağlamaq lazımdır!

# 6477 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər