Ramil Əhməddən Şəhriyar del Geraniyə: "İnan ki, görüşəcəyik..."

Ramil Əhməddən Şəhriyar del Geraniyə:  "İnan ki, görüşəcəyik..."
20 oktyabr 2023
# 12:30

Kulis.az Ramil Əhmədin Şəhriyar del Geraniyə həsr etdiyi şeiri təqdim edir.

Keçmişin peşmanlığı
Gələcəyin nigaranlığı
Arasında itən indilər
bir də qayıtmayacaq,
heç vaxt!

“Keçmişin peşmanlığı”
misrasını oxuduğun indi
əbədi bir keçmişdir,
keçmiş ola!

İstərdim bir misra əvvələ qayıdım –
varlıqdan öncəki hala yəni,
Bir misra əvvəli bir ömürdən uzundur,
bəlkə də, iki, üç, kim bilir?!
Nəyimə lazım bu var olmaq ki,
Ondan ölçüsüz, məsafəsiz naməlum uzaqlıqdır,
Həm də belə bilirəm, belə duyuram bu həqiqəti:
Ruhun coğrafiyasında uzaqlıq yoxdur,
Olsa olsa sürgün var,
Amma nəyimə lazım idi
bu dünya sürgünü?

Bu dünyada ömür nə az, ölüm nə çox,
Dünən saydım,
bir hesabıyla çoxdandı uduzur mövludum
min neçənci mərhumluğa.
Amma bu ölümlər, aldanış,
amma bu ölümlər yalan,
əbədi bir ömürə hazırlaş və inan!
İnan ki, yenidən görüşəcəyik bir də haçansa...

Uzaqlaşmaq olmur öz məhbəsindən – bədənindən,
ayaqlar uzağa aparmır adamı özündən,
şəhərlər arası vurnuxmaqdan, darıxmaqdan
ayaqlara yorğunluqdan ötə pay düşmür.
Bütün qürbətlərin təsəlli yerindən yıxılanda,
Bütün uzaqların günahsızlığından öpürsən.
Məni uşaqlığıma bağışla, Rəbb!
Məni sənin dərgahındakı əbədi cahilliyimə bağışla!
Aləmin adəmdə olduğunu bilə-bilə
Soruşmaq istərdim hər şeyi biləndən,
insanın özünə məhbusluğunun səbəbini.

Mənsə bildiyim həqiqəti,
Mənə agah olan tək hikməti bu şeirin yaddaşına yazıram:
Dünyada bircə aləmlərin rəbbinə yaxınlaşmaq olur,
Qalan bütün yaxınlaşmalar uzaqlaşmadır, şükür.
Şükür ki, bu dünyada hamıyla aramızdakı uzaqlığı böyüdürük...

# 4622 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər