Primitivizmin məşhur nümayəndəsi, "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

Primitivizmin məşhur nümayəndəsi,  "gömrükçü" ləqəbli rəssam - Günün tablosu
2 sentyabr 2025
# 16:54

2 sentyabr görkəmli fransız rəssam Anri Jülyen Felis Russonun anım günüdür.

Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları və onun "Yatan qaraçı" (1897) tablosunu təqdim edir.

Anri Jülyen Felis Russo "Le Douanier" — yəni "Gömrükçü" ləqəbi ilə tanınır. Bu ləqəb ona, Fransanın gömrük orqanlarında işlədiyi üçün verilmişdi.

Russo 21 may 1844-cü ildə Fransanın Laval (Mayen) şəhərində anadan olub. Gənc yaşlarında ordu xidmətində olmuş və bundan sonra gömrük işçisi kimi fəaliyyət göstərib. Rəssamlıqla isə tamamilə özbaşına, peşəkar təhsil almadan məşğul olub.

Russo rəsmlərinə yetkinlik yaşına çatmamışdan əvvəl başlayıb. O, 1886-cı ildə ilk dəfə məşhur "Müstəqil sərgi"də iştirak edərək işlərini ictimaiyyətə təqdim edib.

Anri Russo primitivizm cərəyanının ən məşhur nümayəndələrindən biridir. Onun əsərlərində rənglərin zənginliyi və orijinal mövzular xüsusilə diqqət çəkir. O, həyatında heç vaxt görmədiyi ekzotik cəngəllik mənzərələrini böyük ustalıqla təsvir edib.

Russo ayağını yaraladı və nəticədə yaranan qanqren səbəbindən 2 sentyabr 1910-cu ildə Parisdə Necker xəstəxanasında vəfat edib.

Russonun qəbirüstü baş relyefini rumıniyalı məşhur heykəltaraş Konstantin Brunkuşi hazırlayıb. Bu abidə onun sənətinə olan hörmətin və xatirəsinin əbədiləşdirilməsinin simvoludur.

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər