Ölməyi bacarmayanlar ölkəsində - Səttar Temuçinin yeni şeirləri

Səttar Temuçin

Səttar Temuçin

22 avqust 2023
# 14:54

Kulis.az Səttar Temuçinin yeni şeirlərini təqdim edir.

Amma mən

Üfüqdə bir ordu, mən sərkərdə, başımda əmmamə
Yolum yol deyil, Allah, qan qoxur salnamə
Amma mən,
baş üstə baş, daş üstə daş qoymamağa,
Qandan doymamağa qadirəm.
Ölüm haqq buralarda,
Yaşamaq - nadirən.
Səhrada qum saatıtək
Zaman ayaqlarımın altından axıb gedər,
Ölməyi bacarmayanlar ölkəsində
Yaşamaq arzusu baş kəsər.
Sağım-solum dua,
Dua - sual,
Kor yuxu görər,
Danışar suya
Və su lal axar,
Karlar diyarına...
Əlvida, qum, əlvida, su, əlvida, zaman,
Qan qoxusu gəlir, qan...
Adiləşər hər şey anidən,
Ölüm haqq buralarda,
Yaşamaq - nadirən...

Altı yaşım və indi

Klounun saralmış dişləri və qırmızı pomada güldürmürdü altı yaşımda.
Başım da hər şeyə qarışmışdı görünür.
Əti sənin sümüyü mənim deyən ata nəvazişi,
Yeni bir peyğəmbər yaratmaz indi...
Dişi pişiyi azdıran bir ana
qız övladının saçını darayır indi...
Halbuki belə deyildi...
Asan olsaydı qaçmaq qaçardım,
Amma bu zibilə qalmış dünya ki, var
Böyük bir dairədi.
Hara qaçasan?!

Uşaqkən əlini silah kimi tutub mənə doğruldan dostumun qolunu kəsdi həkimlər,
Eşitdim ki, güllə dəyib qoluna,
Mən düşmən deyildim, dost da ola bilmədim.

Ayaqlarımın altı tut ləkəsi,
Başım quş qəfəsi,
Çırpınır fikirlər, düşüncələr al-qan
Və bir uşaq sapandla atar yalan,
Ölər quş...

Sən hara?!

Axşam ulduz parlayar,
Gündüz günəş boylanar,
Həyat get-gəllərdədi,
Sənə nolub, sən hara?!

Bulud yağış gətirər,
Yağış otlar bitirər,
Sən məni soldurmusan?!
Sənə nolub, sən hara?!

Mən yarımam, sən ada,
Allah adam yaradar,
Sən məni öldürmüsən,
Sənə nolub, sən hara?!

Gəlmələrin gecikdi,
Getmələrin beciddi,
Mənim vaxtım bol idi,
Sənə nolub, sən hara?!

Mən də gedirəm artıq,
Sevməyi oyun sandıq,
Mən daha oynamıram,
Sənə nolub, sən hara?!

# 3638 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər