Nasistlərin "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"

Nasistlərin  "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"
4 sentyabr 2026
# 13:50

Bu gün tanınmış alman rəssam Oskar Şlemmerin doğum günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın “Bauhaus pilləkəni” əsəri haqqında materialı təqdim edir.



Alman rəngkarı, heykəltəraşı və teatr dizayneri Oskar Şlemmer Ştutqartda anadan olub və Ştutqart Dövlət Təsviri İncəsənət Akademiyasında təhsil alıb.

O, 1920–1929-cu illərdə məşhur Bauhaus məktəbində divar rəngkarlığı və teatr emalatxanalarına rəhbərlik edərək buranın qabaqcıl nəzəriyyəçi ustadlarından birinə çevrilib.

Rəssam insan bədənini fərdi duyğulardan arındıraraq onu həndəsi formalardan, silindr və sferalardan ibarət məkani bir struktur kimi təsvir edən "Triadik Balet" layihəsi ilə dünya şöhrəti qazanıb.

O, konstruktivizm və kubizmin prinsiplərini arxitektura ilə sintez edərək müasir teatr səhnəsində və insan-məkan əlaqəsi nəzəriyyəsində köklü inqilab edib.

1933-cü ildə nasist rejiminin hakimiyyətə gəlişi ilə işindən azad edilən rəssam, ömrünün son illərini təcrid olunmuş şəkildə keçirərək 1943-cü ildə Baden-Badendə vəfat edib.



"Bauhaus pilləkəni"



Oskar Şlemmerin məşhur olan "Bauhaus pilləkəni" 1832-ci ildə, Almaniyada siyasi gərginliyin zirvəyə çatdığı tarixi məqamda çəkilib.

Dessaudakı məşhur Bauhaus məktəbi nasist rejimin kəskin təzyiqləri altında bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda, Şlemmer bu binanın pəncərəli pilləkənlərində hərəkət edən tələbələrin şəkillərinə əsaslanaraq tamamlayıb.

Əsər sənət dünyasına bəxş edildikdən qısa müddət sonra nasistlər tərəfindən "degenerativ sənət" elan edilib, lakin memar Filip Conson tərəfindən gizlicə satın alınaraq Nyu-Yorka aparılıb.

Tablo hazırda MoMA muzeyinin daim nümayiş olunan incilərindəndir.

"Bauhaus pilləkəni" həndəsi nizamın, arxitekturanın və insan anatomiyasının mükəmməl fəlsəfi sintezidir.

Tabloda mərkəzi yeri pilləkənlərdən yuxarıya doğru addımlayan gənc fiqurlar və onları əhatə edən ciddi arxitektura tutur.

Şlemmer insan bədənini fərdi portret kimi deyil, silindrik və sferik formalardan ibarət stilizə olunmuş "mехаniki maneken" və ya ideal konstruktiv tip kimi təsvir edib.

Bu, rəssamın insanı məkandakı hərəkət və proporsiya vahidi kimi görən məşhur "Səhnə və məkan" nəzəriyyəsinin kətandakı təcəssümüdür.

Fondakı böyük şüşə pəncərədən süzülən aydın işıq məkana soyuq, lakin möhtəşəm rasionalizm qatır.

Tələbələrin yuxarıya — işığa sarı hərəkəti azadlığa, maarifçiliyə və gələcəyə olan ümidi simvolizə edir.

Şlemmer bu rəsmlə bağlanan məktəbin ruhunu əbədiləşdirib və arxitektura ilə insan bədəninin harmoniyasını neoklassik sadəliklə kətana köçürüb.

# 570 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər