Mən də sizinlə yaşlandım - Aybəniz Haşımova yazır...

Mən də sizinlə yaşlandım - Aybəniz Haşımova yazır...
4 aprel 2022
# 21:23

Bu il böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın 100 yaşı tamam olacaq. Bu münasibətlə sənətkarın tələbəsi Xalq artisti Aybəniz Haşımova ürək sözlərini kulis.az- a bildirib.

Ustad! 100 il, nə tez kecdi? Mən də sizinlə yaşlandım hec xəbəriniz oldumu? Sizinlə ilk tanışlığımda 12 yaşında yeniyetmə bir qız idim. İllər ötdü, necə ki, arzulayıb öz sinfinizdə məni müəllimliyə də öyrətdiniz. Bax, o sinfi artiq 24 ildir davam etdirib yeni səslərin musiqimizə gəlməsinə, sizin nəfəsinizi, sehrli melizmlərinizi, oxu tərzinizi nəğmələrə köcməsilə, sizin təkrarsız məktəbinizin yaşanması ücün bütün ruhumla, qanımla, sönməz sevgimlə musiqimizə xidmət edir, onun inkişafı naminə əlimdən gələni əsirgəmirəm. Qarşıda isə,100 illik yubileyiniz gəlir. Oktyabrın 20-də 100 yaşınız tamam olacaq, ustad! Siz bu dəfə sənətinizin zirvəsi kimi göylərdən bizi seyr edib öz alqışınızı göndərəcəksiniz. Buna əminəm. Cünki sizi yaşadan təkrarsız ifalarınızın sədaqətli tamaşacısı və sizi hər zaman layinqincə dəyərləndirib öz sevgi ağuşuna alan dövlətimiz var. Yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyev ikinci dəfə təkrar Azərbaycanın rəhbəri kimi ölkyə dəvət olunanda, ilk işlərindən biri Şövkət xanımın coxdan gözlədiyimiz ancaq reallaşmayan barelyefinin yaşadığı binanın qarşısına vurulmasını gerçəkləşdirmək oldu. Şövkək xanımın adına Bakının gözəl kücələrindən birini verdi. Şövkət Ələkbərova adına iki musiqi məktəbi, bütün regionlarda yubileylərinin qeyd edilməsi, musiqi müsabiqələri, haqqında kitab yazılmasının sərəncamlarını verdi.

Bir sənətkar ücün bundan böyük səadət ola bilərmi?!

Ömrümün sonunadək ustadlarıma, özümə verilən dəyərə, qayqı, diqqətə görə xalqımıza, dövlətimizə minnətdaram. Bu ildə, həmişə olduğu kimi ustadımın dogum gününə böyük həvəslə hazırlaşıb, tələbələrimlə onun 100 illik yubileyinə böyük töhvələr vermək arzusundayam.

Ümüd edirəm ki, Allah o böyük günü mənə görməyi nəsib edəcək. Amin!

# 3772 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər