Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam
26 sentyabr 2025
# 18:05

26 sentyabr tanınmış alman boyakarı Avqust Makenin anım günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

1887-ci ildə inşaatçı atanın və kəndli ananın oğlu olaraq Vestfaliya bölgəsinin Mesşe şəhərində dünyaya gəlib.

1904-1906-cı illərdə Düsseldorfda İncəsənət Akademiyasında və Tətbiqi İncəsənətlər Ali Məktəbində təhsil alıb. Səhnə dizayneri kimi dolanışığını təmin edib.

"Hammamet ətrafı" tablosu

1907-1908-ci illərdə isə rəsm çalışmalarını Berlin şəhərində Lovis Korintin rəsm məktəbində davam etdirib. Bu müddət ərzində iki dəfə Parisə səyahət edib. Həmin vaxtlar impresionist əsərlərdən təsirlənib.

1909-cu ildə İsveçrədə qalarkən rəssam Lui Moiliet ilə tanış olub.

1910-cu ildə Münhenə etdiyi səfərlərdən birində Elizabet Gerhard ilə görüşüb. Bir müddət sonra onunla ailə qurub.

Bal ayı üçün səyahətə çıxdığı vaxtda Vassili Kandinski , Aleksey von Yavlenski kimi məşhur rəssamlarla tanış olub.

“Münhenin Yeni Rəssamlar Birliyi" ilə əlaqələr qurub.

"Tunis" tablosu

1912-ci ildə Köln şəhərində Avropa incəsənət tendensiyalarını ilk dəfə geniş şəkildə əhatə edən “Avropa Sonderbund” sərgisi keçirilib.

Make həm sənətçi, həm də təşkilatçı kimi sərgidə iştirak edib.

1913-cü ildə İsveçrənin Hilterfingen şəhərinə köçüb. Köçdükdən qısa müddət sonra Lui Moiliet və Pol Klee ilə birlikdə Tunisə səyahət edib.

Rəssam daha sonralar əsasən, ekspressionizmə yönəlir. Əsərlərində əsasən duyğuları ifadə etmək ön plandadır.

Onun iş tərzi rəng və formaları dəyişdirərək obyektiv reallığı təkrarlamaqdan çox, hissləri və ruh hallarını əks etdirməyə yönəlib.

"Ağacların altında qızlar" tablosu

Make çox gənc ikən - cəmi 27 yaşında, 1914-cü ildə Fransanın Champagne şəhərində vəfat edib.

Rəssamın "Oturan ərəb", "Tunis mənzərəsi", "Tunis", "Sen Jermen-də villanın terrası", "Dağ keçidi", "Tərəvəz tarlası", "Yaşıllıq içində qızlar", "Mavi dəniz kənarında insanlar", "İnək və dəvə mənzərəsi", " "İşıqlı ev", "Tacir", "Qəzet oxuyan adam", "Parkda gəzinti", "Küçə mənzərəsi", "Kompozisiya","Yaşıl gödəkçəli qadın" məşhur əsərləri dünyanın müxtəlif yerlərindəki nüfuzlu muzeylərdə nümayiş etdirilir.

"Qayalıq bölgə" tablosu

# 2085 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər