Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri
6 avqust 2026
# 15:45

Bu gün görkəmli ispaniyalı rəssam Dieqo Velaskesin anım günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın 3 məşhur əsəri haqqında materialı təqdim edir.



Dieqo Velaskes "İspaniya sənətinin “Qızıl əsri"ndə yetişmiş, dünya təsviri sənətinin ən böyük realizm ustalarından biridir.

O, İspaniyanın Sevilya şəhərində anadan olmuş və ilk təhsilini orada görkəmli sənətkar Fransisko Paçekonun emalatxanasında almışdır.

Gənc yaşlarında küçə həyatını və sadə xalqı təsvir edən “bodegon” üslublu rəsmləri ilə diqqət çəkmiş, 1623-cü ildə Madridə köçərək Kral IV Filipin saray rəssamı təyin edilmişdir.

İtaliyaya etdiyi iki böyük səyahət onun işıq, rəng və kompozisiya baxışını daha da dərinləşdirmiş, ona Papa X İnnokenti kimi böyük şəxsiyyətlərin portretlərini çəkmək imkanı qazandırmışdır.

Ömrünün böyük hissəsini sarayda keçirən sənətçi monarx ailəsinin portretləri ilə yanaşı, "Meninlər" kimi mürəkkəb şah əsərlər yaradaraq 1660-cı ildə Madriddə vəfat etmişdir.





"Baxıcılar ”



Velaskes İspaniya kralı IV Filipin saray rəssamı olduğu dövrdə, kral ailəsinin gündəlik həyatını və saray mühitini təsvir etmək üçün bu əsəri ərsəyə gətirib.

Əsərdə gənc şahzadə Marqarita Tereza, onun xidmətçiləri (meninlər), liliputlar, saray xadimləri və mərkəz-solda kətan önündə fırça tutan rəssamın özü yer alır.

Rəsmin arxasında asılmış güzgüdə Kral IV Filip və Kraliça Mariannanın əksi görünür. Bu, tamaşaçıları rəsmin tam mərkəzinə — kral cütlüyünün durduğu yerə yerləşdirir.

İşıq sağdakı pəncərədən süzülərək şahzadənin üzərinə düşür; fon isə tədricən dumanlı kölgələrə qərq olur.

İzləyici, rəssam və model arasındakı sərhədləri pozduğu üçün Eduard Mane, Pikasso və Dali kimi ustadlara ilham mənbəyi olmuş, müasir vizual sənətdə "mənzərə içində mənzərə" anlayışını yaratmışdır.

Əsər hal-hazırda Madridin “Prado Muzeyi”ndə sərgilənir.





"Breda təslimi”

Əsər İspaniyanın Hollandiya üzərindəki Breda şəhəri qələbəsini təsvir etmək üçün IV Filipin Madrid yaxınlığındakı Buen Retiro sarayı üçün sifariş edilmişdir.

Müharibə rəsmlərində adətən qalib tərəf məğlub olanı alçaldır. Lakin Velaskes ispan komandanı Spinolanı hollandiyalı general Yustin van Nassauya açarı təhvil verərkən dostca onun çiyninə əl qoyan şəkildə təsvir etmişdir.

Sağ tərəfdəki nizamlı ispan nizələri ilə sol tərəfdəki dağınıq holland bayraqları arasında vizual balans yaradılmışdır.

Müharibə təsvirlərinə düşmənə hörmət, ləyaqət və humanizm anlayışını daxil edərək tarixi rəngkarlığın sərt qaydalarını dəyişdirmişdir.

Bu əsər də Madridin “Prado Muzeyi”ndə nümayiş olunur.





"Sevilyalı suçu”



Velaskes hələ 20 yaşlarında olarkən Sevilayada küçə həyatını və sadə xalqı müşahidə edərək bu əsəri çəkmişdir. Sonradan bu rəsm onun Madrid sarayına dəvət olunmasında müstəsna rol oynamışdır.

Sahibsiz suçunun geyindiyi cırılmış geyim, gildən hazırlanmış səhəngin üzərindəki su damcıları və şüşə qədəhin şəffaflığı heyrətamiz fotorealizmlə işlənmişdir.

Karavaco məktəbinin təsiri ilə dramatik tünd fon və fiqurları qabardan parlaq işıq istifadə edilmişdir.

Sıravi kəndlinin və adi məişət əşyalarının monarx portretləri qədər aliləşdirilərək sənət obyekti ola biləcəyini sübut etmişdir.

Əsər hal-hazırda Londonun “Apsley House” muzeyində sərgilənir.

# 754 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər