"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə
20 iyun 2025
# 15:00

Kulis.az Furqanın "Gürcü" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

İlham Əziz:

"Furqanın hekayəsi çıxan kimi oxumuşam. Onun tezliklə “minanı basdalayacağını” gözləyirəm. Gözləyirəm ki, ürəkdən tikan çıxaran bədii mətni gəlsin. Ümidim çoxdu. Siqnalı gəlir, özü gəlib çıxmır.

Bu hekayəsində də çatışmayan şeylər var. Qurmaq istəyib, düzüb-qoşub, amma atmosfer qatı zəifdi, istənilən tənqid şüası dəlib keçəcək.
Hekayənin dramaturgiyası zəif işlənib.

Con Steynbekin təbirincə desək: "Düstur yalnız yazarın əhəmiyyətli nəsə tapdığı şeyləri oxucuya çatdırma formasında gizlənir. Hekayə təsiredici olmalıdır."
Furqanın hekayəsindəki tapdığı təsiredici şey “əlcək” ola bilər, ancaq əlcəyi mühüm məsələ edən sujet qurmaq lazımdır. Hekayədə işıq var, fəqət zəifdi, öləziyir.

Redaktəyə ehtiyac var. Məsələn, belə bir cümlə oxudum: “Və Rəcəb gələnə qədər liseyin ən yaxşı qapıçısı olan mən hal-hazırda Rəcəbin məndən daha yaxşı qapıda durması ilə barışa bilmirəm”

Yazmaq gözəldi, Furqandan əla mətn gözləyirəm!"

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Sadə, qəşəng hekayədir. Yeniyetmələr də əla oxuyar bunu. Hərçənd dərsliklərə salmağa tərəddüd edərlər. Deyərlər, əhvalatın bəzi hissələri ayaqyolunda bərqərar olur. Bizimkiləri bilirsiniz. Mənim xoşuma gəldi. 12-13 yaşlı uşağın gözüylə oxudum və bəyəndim. Hətta oğlan uşaqlarının gözüylə oxudum. Uğurlar gənc müəllifə!"

Bu dünyanın sonu puçdur, Güləndam! - Rəvan Cavid

Rəvan Cavid:

"Bu hekayə deyil, əhvalatdır. Belə əhvalatları biz hər gün dostlarımıza danışırıq. Bir də, deyəsən, mətn redaktə olunmayıb. İlk abzasda 7 dəfə uduzmaq sözü var. Ümumiyyətlə, təkrarlar yorucudur. Müəllifə uğurlar!"

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər