Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı
20 avqust 2025
# 13:00

20 avqust Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun anım günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) 7 fevral 1925-ci ildə Bakıda anadan olub.

O, 1945–1948-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub, daha sonra isə 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəngkarlıq fakültəsində təhsil alıb.

Burada o, Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi tanınmış rəssamlardan dərs alıb.

Cavadovun sənət yolu 1950-ci illərin ikinci yarısından neorealizm mərhələsi ilə başlayır.

Onun bu dövrə aid əsərləri əsasən neft və ağır sənayeyə həsr olunmuşdu. “Neftçilər”, “Sənaye mənzərəsi”, “Operator qız”, “Neftçi”, “Poladəridən sexdə” və “Poladəridənin portreti” tabloları həmin illərin məhsuludur.

1955–1956-cı illərdən isə rəssamın yaradıcılığında “Buzovna dövrü” başlayır.

Bu mərhələdə o, “Buzovnada küçə”, “Kənd mənzərəsi”, “Buzovna aşırımı” və digər Abşeron mənzərələrini yaradıb.

1959–1961-ci illərdə “Avtoportret” əsərini çəkib. 1963-cü ildə isə Rasim Babayev və Fazil Nəcəfovla birlikdə “Göyərçin” uşaq jurnalının bədii tərtibatını həyata keçirib. Rəssamın sonuncu böyük əsəri “Külək” tablosu olub.

Tofiq Cavadov 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında baş verən qəza nəticəsində vəfat edib. O, Azərbaycan təsviri incəsənətində özünəməxsus üslubu ilə yadda qalıb.

# 1805 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər