Taksi sürücülərinin polisdən maska xahişi

Taksi sürücülərinin polisdən maska xahişi
24 may 2021
# 16:01

Xahiş

Vüsal Bağırlı

Polis zabiti 28 may metrosu tərəfdə, vağzalın yanında dayanıb gəlib-keçən piyadaların maskasını yoxlayırdı. Kiməsə maskanı düzgün taxmaqla bağlı xəbərdarlıq edir, digərini yerindəcə cərimələyirdi. Beləcə, yetənə yetir, yetməyənə bir daş atırdı.

Bir dəstə taksi şoferi isti çay, kofe, şirniyyat məmulatları satılan budkanın qarşısında dayanıb bərkdən danışaraq, söhbətləşir, deyib-gülür, zarafatlaşırdılar.

Birdən sürücülərdən biri polisə yaxınlaşdı.

- Nəçənnik qardaş, sizdən bir xahiş...

Polis başını qaldırıb təəccüblə sürücüyə baxdı:

- De görüm...

- Olar, maskanı iki dəyqəlik aşağı salıb, siqaretdən bir-iki qullab alım?

Polis altdan-yuxarı, yuxarıdan-aşağı onu süzdü.

- Olar.

- Çox sağ ol, nəçənnik...

Sürücü əllərini sinəsinə qoyub, dal-dalı yeridi. Polis əlini yuxarı qaldırdı. Yəni, çox danışma, icazə verdim, gedin, işinizi görün.

Az sonra, sürücülərdən biri əlində plastmas stəkan ehtiyatla həmin polisə yaxınlaşdı.

- Qəməndir, maskanı aşağı çəkib çay içə bilərik?

Polis fikirli idi və qəfil səs onu silkələdi. Diksinib, başını yuxarı qaldırdı. Sürücünü görüncə, qaşqabağını salladı, üz-gözünü turşutdu. Səsinin ötkəm, qalın yerinə salıb dilləndi:

- Olar, için.

Bir az da keçdi. Sürücülərdən üçüncüsü - nisbətən dolusu, təşər, arxayın addımlarla polisə tərəf addımladı. O, arxadan polisə yaxınlaşdı və əlində tutduğu girdə bir şeyi yuxarı qaldırıb danışmağa başladı.

- Rəis, sizə işimiz düşüb. Kökə yemək istəyirik, olar?

Polis dabanı üstündə geriyə necə fırlandısa kişinin sözü ağzında qaldı. O, ayağını yerə döyərək qəzəblə qışqırdı:

- Əşi yeyirsən, cəhənnəmə ye. Gedin, nə edirsiniz edin, yeyin, için, zəhərlənin, təki, əl çəkin məndən. Əl çəkin!

Bunu deyib, polis sürətli addımlarla ərazidən uzaqlaşdı. Qorxuya düşən sürücülər də, hərə öz avtomobilinə minib, mühərriki tələsik işə saldılar və hadisə yerindən uzaqlaşdılar.

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər