Rəşad Məcidin 40 yaşlı Şuşa şeiri – Mətn

Rəşad Məcidin 40 yaşlı Şuşa şeiri – Mətn
11 noyabr 2020
# 11:02

Kulis.az tanınmış yazıçı-publisist, AYB katibi Rəşad Məcidin 1981-ci ildə Şuşada yazdığı şeiri təqdim edir.

Dərədə möcüzə, dağda möcüzə
Torpağa bu qədər vurulmamışdım
Gözəllik önündə heç vaxt, heç vədə
Belə təzələnib durulmamışdım

Dili tutulubmu torpağın, daşın
Görən niyə belə səssizdir bu yer
Haçansa Üzeyir ayağı dəyib
Yəqin ona görə əzizdi bu yer

Sükuta bürünüb Cıdır düzümüz
Bülbülün səsinə dalandan bəri
Torpaq dərd əlindən qayalaşıbdı
Ellər Natəvansız qalandan bəri

Göz dikib bu yerə yağılar yadlar
Su olub düzündə axa bilməyib
Nə qədər zirvələr fəth edib Qacar
Amma bu zirvəyə qalxa bilməyib

Burda daşları da qoruyaq gəlin
Hansı bir daşdasa Vaqif qanı var
Bura yaddaşıdır obanın, elin
Burda hər bir nəslin öz ünvanı var

Deyirəm, dünyada sevgi tapılmaz
Övladın torpağa sevgisi kimi
Bu yurd yaddaşımda qalacaq mənim
Tarixin möcüzə sərgisi kimi

# 3753 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər