Kəlbəcərli şair ata ocağına getdi, şeirlər yazdı - Fotolar

Kəlbəcərli şair ata ocağına getdi, şeirlər yazdı - Fotolar
24 iyun 2021
# 12:50

Kulis.az bu günlərdə Kəlbəcərdəki ata ocağını ziyarət edən şair Elşən Əzimin elə ordaca qələmə aldığı iki şeiri təqdim edir.

Atam ağac, anam ağac qardaşım ağac

Ağac bitib evimizin hər otağında,
Atam ağac, anam ağac, qardaşım ağac.
Sən yuvamda yuva qurdun, mən budağında -
Yuva qurum, sən ol mənim yurd daşım, ağac.

Özüm ağac, sən hardasan? Səs elə görüm,
Gəl deyişək, xəbər bilək bir-birimizdən.
Mən söyləyim harda ötüb ağır illərim,
Sən də danış viran olan yurd yerimizdən.

Atam ağac, gələn mənəm, qayıdır köçüm,
Qoy kökündən məzarına torpaq aparım.
İcazə ver qapımızdan içəri keçim,
Susma nolar, səndən sənə soraq aparım.

Anam ağac, bəs bu evin səhmanı hanı?
Qoymaz idin toz da qona aynalarına.
Qərib eldə yaman artıb dərdinin sanı,
Qəm sığınıb baxışının mənalarına.

Salamat qal, ay bu evin ağac yiyəsi,
Bu ocağa sən doğmasan, mən yadam indi.
Nə olaydı kök ataydım mən də yanında,
Sehr göstər, ağac olsun bu adam indi.

Qoşma

Məndən o dağları xəbər alırsan
Yamac yerindədi, yal yerindədi.
Yurdumuz tarı-mar, evimiz viran,
Məhləmizə dönən yol yerindədi.

Bulaq o bulaqdı, dumduru, bumbuz,
Yığılıb başına lüləpər, yarpız.
Arılar uçuşur yenə vızhavız
Tanıyır çiçəyi, bal yerindədi.

Göyrüşlər yelpikdi, Vələs çətirdi,
Cığırlar yamacda sətir-sətirdi.
Çəmənlər naxışdı, güllər ətirdi,
Lalənin bağrında xal yerindədi.

Yanaşı çağlayıb qoşa axarsan,
Ay odlu İstisu, a buzlu Narzan.
Dərindən düşünüb sirrinə varsan-
Bu yurd möcüzənin bol yerindədi.

May be an image of mountain and nature

May be an image of outdoors and brick wall

May be an image of Elshan Azim, standing, outdoors and tree

# 3583 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər