İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi

İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
2 dekabr 2020
# 10:15

Kulis.az tanınmış şair Zahid Xəlilin yenicə qələmə aldığı “Ağdamım, ağ şəhərim” şeirini təqdim edir.

Gözlərin aydın olsun
Ağdamım,ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim.

Hər oğlun bir qəhrəman
Nə gizlədim,nə danım
Allahverdi Bağırov-
İgidim,pəhləvanım.

Görəydiniz bu günlər
Ordumuz nəyə qadir!
Faiq,Rövşən,Canbulaq,
Asif,Baxşeyiş,Nadir.

Muxtar Əlabbas,Fazil,
Ay Hidayət,İxtiyar.
Sizdən sonra nə qədər
Yeni qəhrəmanlar var.

İti, qurdu qovmuşuq
Ağdamın ortasından
Qisasınız alındı
Xalq qurtardı yasından.

Qələbəni görmədi
Famil Mehdi qardaşım
Yəqin bu gün tərpəndi
Şahmarın da baş daşı.

Əziz Rafiq müəllim,
Çağır gəlsin Xudunu.
Qoy töksün ekranlara
Ürəyinin odunu.

Otuz ildi bu şəhər
Darda qaldı,ay bala!
Bəs bu Ceyhun Mirzəyev
Harda qaldı,ay bala?

Nə durmusan, ay Rəmiş
Gitaranı alsana!
Ramiz kişi, o tarı
Bir ürəkdən çalsana!

Elman da yavaş-yavaş
Dindirər kamançanı.
Belə bir ansambla
Yer üzündə tay hanı!?

Qədir bir qıyya çəksin,
Qoy oyansın Səxavət.
Arif pəsdən oxusun
Bir də gözəl Nəzakət

Qoy kor qoysun düşməni
Mənsurun məlahəti
Oyansın Məcid kişi
Güldürsün bu milləti!

Gözlərin aydın olsun
Ağdamım,ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!

# 4304 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər