Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər

Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
19 oktyabr 2020
# 16:07

Kulis.az Əjdər Yunus Rzanın şeirlərini təqdim edir.

Ordum

Varlığım da sən, qüdrətim də sən,
Namusum, arım sən, qeyrətim də sən,
Tarixlərdən gələn heyrətim də sən,
Sənə arxalanır, inanır yurdum.
Sənin hünərinə min alqış, ordum.

Azadlıq ordumsan, xilaskarımsan,
Güvənc yerimsən sən, darda karımsan.
Nə yaxşı, nə yaxşı, şükür varımsan,
Aman verməyirsən yağıya, Qurdum.
Sənin hünərinə min alqış, ordum.

Sən dönüb şimşəyə alışdın, çaxdın,
Bir anda düşməni yandırıb, yaxdın.
Həsrət körpüsünə bayrağı taxdın,
O taylı, bu taylı nurlanır yurdum.
Sənin hünərinə min alqış, ordum.


Yaz, əsgər

Şad xəbərin xəbər gəlir dalıncan,
Xankəndini, Can Şuşanı alıncan,
Dayanma sən, son zəfəri çalıncan,
Tariximə yeni tarix yaz, əsgər.

Dığaların soy kökünü qaz, əsgər!
Yurdsuz illər ürəyimə xal salıb,
Məni dərdə o yurdsuzluq hal salıb.
Nə müddətdir boran alıb, qar alıb,
Dağlarıma gətir bahar, yaz, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.

Bu da yeni bir taledir, bir baxdı,
Yad əllərdən xilas olar xan taxtı.
Cıdır düzü həsrət qalıb nə vaxtdı,
Dinsin kaman, ötüşsün tar, saz, əsgər.

Tariximə yeni tarix yaz, əsgər.
Qanadlanıb könlüm yurda uçmağa,
Alaq basmış cığırları açmağa.
Az qalıbdır, Qarabağı qucmağa,
Tariximdə belə zəfər az, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.

# 8809 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər