Müxalif lideri oynayan aktrisaya deport! - FOTO
Nobel Sülh Mükafatının sahibi Aun San Su Çjini oynayacaq aktrisa Mişel Yeoh Myanmaya buraxılmayıb.
Fransız rejissor Luc Bessonun müxalif lider Aung San Su Çjinin həyatı haqda çəkəcəyi filmdə baş rolu oynayan Mişel Yeoh ölkəyə buraxılmayıb. Aktrisaya onun qara siyahıda olduğu üçün ölkəyə buraxılmadığı deyilib.
Müstəqillik hərəkatının lideri Birma Aun Sanın qızı Aun San Su Çji 1990-cı ildə keçirilən parlament seçkilərində 80% səs yığıb, ancaq hökumət bunu təsdiqləməyib. 1991-ci ildə Aun San Su Nobel Sülh Mükafatına layiq görülüb. Lider 20 ilə yaxın ev dustağı olub və keçən il azadlığa buraxılıb.
“Ledi” filmi üçün Myanmaya bir ay bundan əvvəl gələn aktrisa Mişel Yeoh liderlə görüşüb. Ancaq bu dəfəki səfərində aktrisa artıq ölkəyə buraxılmayacağını öyrənib. Aktrisa 1997-ci ildə Ceyms Bond filmində çəkilib.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Naməhrəm - Alpay Azərin yeni hekayəsi
12:00
22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları
10:00
21 sentyabr 2026
Azadlıq quşu - Aron Tamaşinin hekayəsi
14:00
20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026