Dünyanın ən məşhur yazıçıları XX əsrin əsərlərini seçdilər

Dünyanın ən məşhur yazıçıları XX əsrin əsərlərini seçdilər
29 iyun 2011
# 10:54
Fransanın prestijli yayım evi Gallimard 100-cu il dönümündə dünyaca məşhur 31 yazardan 20-ci əsri ən yaxşı təmsil edən əsərlər seçməyi istəyib.

Bu siyahıda yer alan türk yazar Yaşar Kamal 20-ci əsri ən yaxşı əks etdirən əsər olaraq Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” əsərini seçib.

Siyahıda Yaşar Kamalla yanaşı Martin Amis, Filip Djian, Karlos Fuentes, Xavier Marias, Amos Oz, Mario Vargas Llosa, Antonio Tabucchi, Pier Assouline, Tahar Ben Jelloun, Stéphane Audeguy, Annie Lebrun kimi yazıçılar da yer alıb.

İyirminci əsrin təmsil edən ən yaxşı əsərlər arasında Corc Oruellin “1984”, Uilyam Folknerin “Sütun”, “Avessalom Avesalom”, Ceyms Coyusun “Uliss”, Klaud Simonun “Tarix”, Nabokovun “Hədiyyə” romanları da var.

Yaşar Kamal seçdiyi əsər haqda bunları deyib: “Məndən 20-ci əsri ən yaxşı anladan kitabı seçmək tələb olunanda üç əsər arasında qaldım: Hellerin “Catch 22”, Şoloxovun “Sakit Don” və Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur”. Remarkın bu əsərini gənc vaxtlarımda oxumuşdum. Bu, iyirminci əsrin əl kitabıdır. Belə kitablar böyük ustalıqdan əlavə, böyük cəsarət də istəyir. Xatırladım ki, bu kitabı Hitler meydanda yandırtmışdı. Yazarı da öldürmək üçün axtarışlara başlanmışdı. Remark qaçıb qurtulsa da, bacısı öldürülmüşdü. Kitabı yenidən oxudum. İllər əvvəl yazılmış bu kitab dünən yazılmış kimidir”.

Günel ƏSGƏRZADƏ
# 3917 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər