Bikininin tarixi - FOTOSESSİYA

Bikininin tarixi - FOTOSESSİYA
23 iyun 2011
# 06:00
Bu mövsümün ən ayrılmaz hissələrindən biri dənizdir. Dənizdə qadınların ən çox geyindiyi geyim isə bikinidir.

Gəlin bikininin 65 illik tarixinə nəzər yetirək.

Bəzilərinin əxlaqsız, bəzilərininsə əncir yarpağından bu yana dünyanın ən inqilabi geyimi olaraq qiymətləndirdiyi bikininin yarım əsrdən böyük bir tarixi var. İki parçalı bu çimərlik geyimi ilk dəfə fransız mühəndis Luis Reard tərəfindən hazırlanıb.

Ancaq mühəndis Reard hazırladığı bikinini təqdim etmək üçün uzun müddət model tapa bilməyib. Həmin dövrün modellərindən heç biri bədənini tamamən göstərən bu geyimi nümayiş etdirməkdən imtina edib.

Nəhayət, mühəndis striptizçi tapıb 5 İyul 1946-cı ildə Parisdəki “Molitor” hovuzunda bikini tanıdıb.

İlk ortaya çıxdığı illərdə mühafizəkarların “Analarının qızlıq soyadından başqa qadının hər şeyini göstərən geyim” deyə tənqid olunub. Maraqlı məqam budur ki, elə mühəndis Reard bikinini anasının alt paltarları dükanından təsirlənərək yaradıb. Adi bir maykanın aşağı hissəsini kəsərək göbək hissəni açıq qoyan Reard beləcə maraqlı bir geyimi kəşf edib.

Bikini adı isə Sakit okeanda yerləşən eyni adlı ada ilə bağlıdır. Belə ki, nümayişindən 5 gün əvvəl ABŞ Bikini adasında nüvə sınaqları həyata keçirib. Rəvayətə görə, bu bir oxşarlıqdır. O illərdə də cazibədar qadınlara “bomba”, “atom” kimi oxşatmalarla müraciət olunurmuş.
Bikini kimi cəsur bir geyim geyən qadın da atom bombası effekti yaradırdı. Reard da bu kəşfini nüvə sınaqlarının Bikini adasında yaratdığı partlayış yaradacağına ümid edirdi və gözlədiyi də olub.
Bikini bomba kimi partladı! Mişel Bernardini kimi cəsur qadınların geydiyi bikiniyə Vatikan münasibət göstərib. Fransanın bəzi bölgələrində bu geyi qadağan olundu.

Ancaq çox tezliklə bikini avropalı qadınların sevimli geyiminə çevrilir.

Günel ƏSGƏRZADƏ
# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər