Ancelina Coli Türkiyəyə gəlir - FOTO

Ancelina Coli Türkiyəyə gəlir - FOTO
17 iyun 2011
# 13:09
Sabah BMT-nin Xoşməramlı səfiri Ancelina Coli Türkiyədə suriyalıları ziyarət edəcək.

BMT-nin Xoşməramlı səfiri Ancelina Coli sabah Türkiyənin Hatay vilayətində yerləşmiş suriyalıların çadır düşərgəsinə baş çəkəcək. Aktrisanın səfəri ilə bağlı bölgədə bütün otellər dolub.

Sonuncu dəfə Liviya-Tunis sərhədini ziyarət edən aktrisa 10 illik fəaliyyətində 36 ölkəyə baş çəkib. Bu dəfə də Colinin suriyalı qaçqınlara maddi və mənəvi dəstəyini əsirgəməyəcəyi bildirilir.

Yerli və xarici medya nümayəndələri canlı yayım maşınları ilə artıq Hataydadırlar.

Bölgədəki bütün otellər jurnalistlər və Coli pərəstişkarları ilə dolub.

Düşərgəyə gələn Suriyalıların sayı isə getdikcə artaraq 9 mini ötüb. Çadırdakı qaçqınlar üçün hər cür şərait yaradılıb: yataqlar, paltaryuyan maşınlar, uşaq parkı, məscid, televizor, gündə üç dəfə yemək, günboyu isti su və s. Bundan əlavə uşaqlı ailələrə uşaq yeməkləri, süd, uşaq bezləri paylanıb.

Günel ƏSGƏRZADƏ


Fotolar Ancelina Colinin müxtəlif sülhməramlı səfərlərində çəkilib.
# 2764 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər