Bill Geytsdən 11 məsləhət!

Bill Geytsdən 11 məsləhət!
15 iyun 2011
# 09:00
Bəzi şeylər məktəbdə, universitetdə öyrədilmir, onları insan yaşadıqca öyrənir. Bu gün sizə dünyanın ən varlı şəxslərindən biri, Maykrosoft şirkətinin yaradıcısı Bill Geytsin 11 məsləhətini təqdim edəcəyik.

1.Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2.Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək.

3.Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4.Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır.

5.Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6.Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın.

7.Siz doğulana qədər valideynləriniz belə zəhlətökən deyildi. Onlar sizin hesablarınızı ödədikcə, paltarınızı yuduqca, özünüz haqda ağızdolusu danışmağınıza qulaq asdıqca belə olublar. Ona görə də dünyanı “valideyninizin nəslindən olanlar”dan qurtarmaq istəyirsinizsə, təmizliyə öz otağınızdan başlayın.

8.Bəzi məktəblərdə pis qiymət yox, düzgün cavab tapana qədər səhv etmək imkanı verilir. Bunun həyatla heç bir əlaqəsi yoxdur.

9.Həyat semestrlərə bölünməyib. Sizin yay tətilləriniz olmayacaq. Çox az müdir (işverən) özünüzü tapmağınızda maraqlıdır. Bunu öz hesabınıza edin.

10.Televiziya real həyat deyil! Real həyatda insanlar işləyir, hər şey kafedə kofe içən zaman baş vermir.

11.Dəlilərə, ağıldan kəmlərə yaxşı davranın. Bir gün onlardan birinə işləyəcəyiniz istisna deyil.
# 2313 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər