Frida Kahlo saxtadırmı?

Frida Kahlo saxtadırmı?
13 iyun 2011
# 16:44
Meksika Beynəlxalq Sərgisində nümayiş olunan rəssam Frida Kahlo əsərlərinin orijinallığı mübahisəyə səbəb olub.

Meksikalı rəssam Fridanın bilinməyən 1200 rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdi ki, bu da böyük marağa səbəb olmuşdu. Hətta Kahlonun bu əsərləri haqqında iki kitab da yazılmışdı.

Frida Kahlo Vəqfi isə bu rəsmləri saxta adlandırıb. Rəssamın yaşadığı evdə açıqlama verən araşdırmaçılar Fridanın bu qədər rəsm çəkdiyinə inanmadıqlarını deyiblər.

Rəssam avtomobil qəzasında ayağını itirdiyindən o ancaq yatağında rəsm çəkə bilib. Əsərlərinin əksəriyyəti avtoportretlərdir. Tədqiqatçılar Fridanın 400-500 əsəri olduğunu vurğulayıblar
Rəssamın evində toplanan mətbuat konfransına Fridanın əri Dieqo Riveranın ilk evliliyindən olan qızı Qvadalupe Rivera da qatılıb.
O, Kahlonun bir çox əsəri Dieqonun təşviqi ilə çəkdiyini deyib. Bundan əlavə, rəssam hər əsərə fərqli imzalar qoyurmuş. Yeni sərgilənən əsərlərdə Kahlonun imzasının olması saxtalıqlardan biri kimi qiymətləndirilib.

Frida Kahlo siyasi görüşləri və dünyanın müxtəlif yerlərində açılan sərgiləri ilə məşhurdur. O, avo-portretlərini yatağının üzərindən asdığı güzgüdə çəkib. Əsərləri haqda Pablo Pikasso: “Biz onun kimi insanın üz cizgilərini çəkə bilmirik” deyib.

Günel ƏSGƏRZADƏ
# 2099 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər