Ac yatanlar, qaçırılanlar, yetimlər...

Ac yatanlar, qaçırılanlar, yetimlər...
1 iyun 2011
# 15:05
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Kulis.az bu gün dünya uşaq statisistikasını təqdim edir.

Sirr deyil ki, bu gün qloballaşan dünyanın problemlərindən uşaqlar da “töhfə”lərini almaqdadırlar. Bu yazımız nə qədər acı olsa da, həmin uşaqlardan bəhs edir. O uşaqlardan ki, hamı onları sevdiyini bildirir. O uşaqlardan ki, onların da başqaları kimi gülməyə və doymağa haqları var. O uşaqlardan ki, onlar da valideyn sevgisinə layiqdirlər. Amma o uşaqların nə evi, nə yeməyi, nə də valideynləri var. Sevgiləri də yoxdur. Hamımız kimi həyat da onlarla amansız davranır.

Bəlkə də o da bizim kimi “mən uşaqları sevirəm” deyir, amma sevirmi? Sevirikmi? Aşağıdakı xırda statistika bu suala cavab verir.


Müharibə və təbii fəlakətlər səbəbindən hazırda dünyada 140 milyon uşaq yetim qalıb. Müqayisə üçün bildirək ki, yetimlərin hamısı bir ölkədə toplansa, dünyanın ən sıx səkkizinci ölkəsi ora olardı.

Hər gün dünyada 60 milyon uşaq ac yatır, 90 milyon uşaq isə küçələrdə yaşayır. Təkcə İraqda 5 milyon uşaq müharibə nəticəsində yetim qalıb. Hazırda Asiyada 85 milyon, Afrikada 43 milyon, Latın Amerikasında 12,4 milyon yetim var. Avropada isə bu rəqəm bir neçə yüz minlə məhdudlaşır

Yetimlər orqan mafiyaları, insan tacirləri və ya missioner təşkilatları üçün əsas xammala çevrilib. Hətta Afrikada bəzi sağlamlıq təşkilatları yetim uşaqlardan təcrübə üçün istifadə edirlər.

Yer kürəsində həm də 400 milyon müdafiəsiz uşaq var. 143 milyon uşaq qeyri-kafi qidalanır. Aclıq və qeyri-kafi qidalanma səbəbiylə 5 milyon uşaq 5 yaşa çatmadan ölür.

Dünyada hər 5,2 saniyədə bir uşaq qeyri-kafi qidalanma, xəstəlik və ya laqeydlik səbəbindən ölür.

Afrikada hər dəqiqədə 5 yaşdan balaca 8 uşaq peyvənd olunmadığı üçün ölür.

Dünyada hər il yarısı qız uşağı olmaqla 2,5 milyon uşaq qaçırılaraq satılır…
# 1945 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər