Fövqəladə hallar uşaqların gözü ilə

Fövqəladə hallar uşaqların gözü ilə
1 iyun 2011
# 15:25
İyunun 1-də Muzeylər Mərkəzində Fövqəladə hallar və Təhsil nazirliklərinin birgə layihəsi olan “Fövqəladə hallar uşaqların gözü ilə” adlı I Ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Kulis.az-ın məlumatına görə tədbirdə hər iki nazirliyin nümayəndələri iştirak ediblər.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan müsabiqə 28 dekabr 2010-cu il tarixində elan olunub və 2011-ci il aprelin 30-da yekunlaşıb. Müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “İnşa”, “Hekayə” və “Şeir” nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqədə bütün rayon və şəhərlərin orta məktəbləri iştirak edib.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.

Daha sonra birinci yeri tutmuş 28 məktəbliyə mükafatlar təqdim olunub və FHN əməkdaşları onların əl işləri ilə yaxından tanış olublar. Eyni vaxtda iki zalda təşkil olunan tədbirdə 2 və 3-cü yerləri tutan şagirdlərin mükafatları da təqdim olunub. Müsabiqədə 14 həvəsləndirici mükafat da sahibinə təqdim olunub.

Vüqar QURDQANLI
# 3286 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər