Anı xərabələri - FOTOSESSİYA

Anı xərabələri - FOTOSESSİYA
21 may 2011
# 12:30
“Anı Xərabələri” kimi tarixə düşmüş bu ərazi Türkiyənin Şərqi Anadolu hissəsində Ermənistanla sərhəddə yerləşir. Bu qədim şəhəri Ermənistandan Arpaçay ayırır. Arpaçayın bu tərəfində bir neçə imperiya görmüş, uğrunda ordular baş kəsib qan tökmüş Anı şəhərinin xarabalıqları və bu xarabalıqda keçmişin izlərini axtaran turistlər gəzişirsə, çayın o biri tərəfində daş karyeri və qonşu ölkənin daş kəsən fəhlələri gözə dəyir.

Anı xərabələri Qərblə Şərqi birləşdirən ticarət xətti – İpək Yolu üzərində yerləşdiyi üçün X əsrdə bu şəhərin əhalisi 100 minə yaxın olmuşdur. Anı şəhəri xronoloji ardıcıllıqla erməni hakim ailəsi Qamsaraqan, Baqration, Abbasilər xəlifəliyi, Bizans İmperiyası, Səlcuqların hakimiyyəti altında olmuşdur.

1319-cu ildə Anı zəlzələdən ciddi zərər görmüş və daha sonra Monqolların yürüşü zamanı Teymur tərəfindən qarət edilib yandırılmışdı. Buna baxmayaraq 1535-ci ilə Osmanlı-Səfəvi müharibəsinə qədər bu şəhərdə qeyri-müəyyən sayda əhali yaşamışdı. Məhz bu müharibədən sonra şəhər tamamilə tərk edilmişdir.

Şəhər tarixi abidələrə zəngindir. Bu tarixi abidələr əsasən Bizans dövrünə aiddir. Belə ki, həmin dövrə aid şəhərdə bir kafedral kilisə və çox sayda kiçik kilsə qalıqları var.

1878-1918-ci illər Çar Rusiyası idarəçiliyində olarkən Anı şəhərində dövrün məşhur şərqşünası Nikolay Marrın idarəçiliyi altında geniş arxeoloji tədqiqat işləri aparılmış və orda bir muzey qurulmuşdur. Türkiyə Respublikasının qurulduğundan sonra bir neçə dəfə Anı şəhərində arxeoloji qazıntılar aparılmış və yenidənqurma işləri görülmüşdür.

Fotolar 2009-cu ildə çəkilmişdir.

Abbas Atilay
# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər