Karib dənizinin qulduru Anna Karenina oldu

Karib dənizinin qulduru Anna Karenina oldu
19 noyabr 2012
# 13:01
Britaniyalı rejissor Co Raytın Lev Tolsoyun “Anna Karenina” romanı əsasında çəkdiyi eyni adlı film artıq ABŞ-da ekranlara çıxıb.

Kulis.az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, filmdə Anna Karenina obrazını ingilis aktrisa Kira Naytli canlandırıb.

“Annanı oynamaq olduqca çətindi. Çünki dəfələrlə oynanmış bu rol, həmişə ictimaiyyətin diqqətində olub” - “Karib dənizinin quldurları”nın qəhrəmanlarından olan aktrisa premyera zamanı bildirib.

Filmdə Aleksey Karenin obrazını “Şerlok Holms” filminin baş rol ifaçılarından Cud Lo, qraf Aleksey Vronskini isə “İllüzionist”dən Aaron Teylor-Conson canladırıblar.

Filmin ssenari müəllifi dramaturq, kinossenarist, rejissor və tənqidçi Tom Stopparddır. Çəkilişlər Rusiyada və Böyük Britaniyada aparılıb.

Rejissorun bildirdiyinə görə daha çox ailə dramını qabartmağa çalışıb, Tolstoyun kənd təsərrüfatı və rus tarixi barədə fikirləri yer almayıb. Filmin baş qəhrəmanları ingilis aristokratlarının dialektində, kəndlilər isə qərb qraflığındakı ingilis fermerlərinin ləhcəsində danışırlar.

“Anna Karenina” rejissor Co Raytın klassik əsərlərlə birinci işi deyil. O, bundan əvvəl də Ceyn Ostinin romanı əsasında “Qürur və qərəz” əsərini ekranlaşdırıb. O filmdə də baş rolu Kira Naytli canlandırıb.

Lev Tolstoyun ərli qadının xəyanətindən bəhs edən əsəri 30 dəfə ekranlaşdırılıb.
Kira Naytliyə qədər Anna Karenina obrazını Qreta Qarbo, Vivyen Li, Jaklin Bisset, Lea Massari, Sofi Marso kimi aktrisalar canlandırıblar.


Mirmehdi Ağaoğlu
# 3306 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər